02.10.2017

“Xocavəndsiz 25 il” adlı tədbir keçirilib

Oktyabrın 2-də Qırılı kənd tam orta məktəbində Xocavəndin işğal olunmasının 25-ci ildönümü ilə bağlı “Xocavəndsiz 25 il” adlı tədbir keçirilib.

Himn sədaları altında başlanan tədbirdə Xocavənddə həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masa şəklində təşkil edilən tədbirdə məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirləri iştirak edib.

Məktəbin direktoru Gültəkin İsmayılova Ermənistanın Azərbaycana təcavüzünün tarixindən danışıb. Bildirib ki, torpaqlarımızın işğaldan azad olunacağına və üçrəngli bayrağımızın həmin torpaqlarda dalğalanaca inanırıq.

Məktəbin müəllimləri Xocavənd rayonu haqqında şagirdlərə məlumat veriblər.

Məktəblilər dəyirmi masa ətrafında Xocavənd rayonu haqqında bildiklərini danışıblar. Şeirlər səsləndiriblər. Tədbirin sonunda videoçarx nümayiş etdirilib.


Açar sözlər: ,