04.10.2017

Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib

Oktyabrın 4-də Həsənsu kənd tam orta məktəbində Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə məktəbin pedaqoji kollektivi, yuxarı sinif şagirləri  və kənd ağsaqqalları iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd yaşlılara və ahıllara qayğının daha da artırılması, onlara müxtəlif yardımların edilməsidir.

Tədbiri giriş sözü ilə direktor müavini Şirinnaz Şahvələdova açaraq Azərbaycanda ağsaqqal, ağbirçək sözünə ehtiramla və diqqətlə yanaşılmasının çox qədim və zəngin ənənələri olduğunu bildirib. Qeyd edib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı olub. Ağsaqqallar el-obaya müdriklik təlqin edib, gənclərə xeyir-dua və məsləhətlər veriblər, düzgün yol göstəriblər. Ağsaqqallar həm də xalqımızın adət və ənənələrinin qoruyucusu, gənc nəslə ötürücüləridir. Çıxışının sonunda ahıllara uzun ömür və cansağlığı arzulayıb.

Ahıllar adından məktəbin sabiq müəllimi Tamilə Süleymanova təhsil ocağında milli-məvəvi dəyərlərimizin yaşadılması və böyüməkdəolan gənc nəslə çatdırılması işinə diqqətlə yanaşılmasının tədqirəlayiq olduğunu deyərək tədbir təşkil etdiklərinə görə məktəbin direktoruna təşəkkürünü çatdırıb.

Daha sonra məktəblilər yaşlılara olan sevgilərini, diqqət və qayğılarını öz ifalarındakı şeir və mahnılarda göstərməyə çalışıblar.

Tədbirin sonunda  xatirə şəkli çəkdirilib.