05.10.2017

Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Ağstafa Rayon Təhsil Şöbəsinin rəhbərliyi ilə yazıçılar evində tədbir keçirilib.

Tədbirdə İcra Hakimiyyətinin məsul şəxsləri , Ağstafa rayon təhsil işçiləri, məktəb direktorları və müəllimlər iştirak edib.

Rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov çıxış edərək- “müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur."Müəllimlər Günü"  münasibətilə sizləri təbrik edirəm”- deyə qeyd edib.

Daha sonra məktəb direktorları, müəllimlər çıxış edərək üəllim adının böyüklüyünü vurğulayıblar.

Tədbir musiqi nömrələri ilə davam edib. Sonda xatirə şəkli çəkdirilib.


Açar sözlər: ,