06.10.2017

Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri müzakirə edilib

Oktyabrın 6-da Poylu kənd tam orta məktəbin kitabxanasında ədəbiyyat fənnindən Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri müzakirə edilib.

Müzakirədə məktəbin 10-cu sinif şagirdləri və məktəb kitabxanaçısı, həmçinin fənn müəllimləri iştirak ediblər.

Müzakirə zamanı şagirdlər əsərin təhlilini verməklə yanaşı, yazıçının ümumi həyat və fəaliyyəti barədə topladıqları məlumatları da bölüşüblər.

Qeyd edək ki, Rayon Təhsil Şöbəsi tərəfindən müəyyən olunmuş qrafikə əsasən 2017/2018-ci tədris ili ərzində rayon ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri ilə ədəbiyyat fənnindən müxtəlif əsəsrləri müzakirə edəcəklər.


Açar sözlər: ,