12.10.2017

Yenigün kənd tam orta məktəbin kitabxanasında ədəbiyyat fənnindən “Oxu günü” keçirilib

Oktyabrın 12-də  Yenigün kənd tam orta məktəbin kitabxanasında ədəbiyyat fənnindən “Oxu günü” keçirilib. “Oxu günü”ndə Nizami Gəncəvinin əsərləri müzakirə edilib.

“Oxu günü”nün keçirilməsində məqsəd şagirdlərdə oxu vərdişlərini yaxşılaşdırmaq, kitab oxumağa maraq yaratmaq, şair və yazışıları tanıtmaqdan ibarətdir.

Müzakirədə məktəbin kitabxanaçısı, ədəbiyyat müəllimi və 7-ci sinif şagirdləri iştirak edib.

“Oxu günü”ndə Gəncəvinin əsərləri müzakirə etməklə yanaşı, yazıçının ümumi həyat və fəaliyyəti barədə topladıqları məlumatları da bölüşüblər. Məktəbin kitabxanaçısı şagirdlərə Nizami Gəncəvinin yaradıcılığından danışıb.

Qeyd edək ki, Rayon Təhsil Şöbəsi tərəfindən müəyyən olunmuş qrafikə əsasən 2017/2018-ci tədris ili ərzində rayon ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri ilə ədəbiyyat fənnindən müxtəlif əsəsrləri müzakirə edəcəklər.


Açar sözlər: ,