13.10.2017

Hüseyn Cavidin 135 illik yubileyi keçirilib

Oktyabrın 13-də Tatlı kənd orta məktəbində Hüseyn Cavidin 135 illik yubileyi keçirilib.

Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və 9, 10, 11-ci sinif şagirdləri iştirak edib.

Tədbiri məktəbin direktoru Təyyar Həsənov açıq elan edib.

Sonra məktəbin ədəbiyyat müəllimi Mahir Rəhimov “Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olub. Hüseyn Cavidi ədəbiyyat tarixində ən çox məşhurlaşdıran və ona böyük şöhrət qazandıran dram əsərləridir. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” kimi səciyyələndirilib. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapıb” – deyə qeyd edib.

Yuxarı sinif şagirdləri H.Cavidin əsərlərindən sitatlar gətirib, qəzəllər söyləyiblər.

Daha sonra Cavidin həyat və yaradıcılığını əks etdirən videoslayd izlənilib.


Açar sözlər: ,