17.10.2017

Ağstafa Rayon Təhsil Şöbəsində iclas keçirilib

Oktyabrın 16-da Ağstafa Rayon Təhsil Şöbəsində Təhsil Naziri Mikayıl Cabbarovun “Vəzifəyə təyin haqqında” əmrinin icrası ilə əlaqədar iclas keçirilib.

İclasda məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji kollektivi iştirak edib.

Məlumat üçün bildiririk ki, sözü gedən əmrin icrası ilə əlaqədar Ağstafa rayon Uşaq Gənclər İdman məktəbi və Ağstafa rayon Uşaq Gənclər Şahmat məktəbi birləşdirilib. Onun bazasında Ağstafa rayon Uşaq Gənclər İdman-Şahmat məktəbi yaradılıb və Abbas Fərzəliyev direktor təyin edilib.

Eyni zamanda Ağstafa rayon Uşaq Yaradıcılıq və Ağstafa rayon Texniki Yaradıcılıq məktəbi birləşdirilərək Ağstafa rayon Uşaq Gənclər İnkişaf Mərkəzi yaradılıb. Mətanət İsayeva Uşaq Gənclər İnkişaf Mərkəzinə direktor təyin edilib.