25.10.2017

“Yüz dairəsində ədədlər” mövzusunda açıq dərs keçirilib

Oktyabrın 25-də Saloğlu qəsəbə tam orta məktəbinin ibtidai sinif müəllimi Rövşanə Mustafayeva tərəfindən  Riyaziyyat fənnindən “Yüz dairəsində ədədlər” mövzusunda 3-cü sinifdə açıq dərskeçirilib. 

Dərsin keçirilməsində məqsəd şagirdlərə üçrəqəmli ədədləri yazıb oxutmaq, üçrəqəmli ədədləri mərtəbə vahidlərinin sayına görə əyani vəsaitlərin köməyi ilə modelləşdirməni öyrətməkdir.

Şagirdlər 4 qrupa bölünüblər. Birrəqəmli ədədlər neçə mərtəbəlidir? Bu mərtəbə necə adlanır? tədqiqat sualları səsləndirilib.

Fəal təlim üsulları əsasında təşkil edilən  “açıq dərs”də şagirdlər fəallığı ilə seçilib. Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.

Dərsdə direktor müavinləri və müəllimlər müşahidəçi qismində iştirak ediblər.


Açar sözlər: ,