26.10.2017

Beynəlxalq BMT günü münasibətilə dəyirmi masa təşkil edilib

Oktyabrın 26-da Qaçaq Kərəm kənd tam orta məktəbində Beynəlxalq BMT günü münasibətilə dəyirmi masa təşkil edilib.

Dəyirmi masada direktor müavinləri, müəlimlər və məktəbin şagirdləri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd BMT-nin strukturu, təşkilatın ölkəmizdə və dünyada müxtəlif sahələr üzrə gördüyü işlər barədə şagirdləri məlumatlandırmaq olub.

Məktəbin Uşaq Birliyi Rəhbəri BMT-nin yaranması, fəaliyyəti, strukturu haqqında ətraflı məlumat verib. Qeyd edib ki, 1945-ci il oktyabrın 24-də BMT-nin Nizamnaməsi qüvvəyə minmişdir və 1948-ci ildən etibarən hər il oktyabrın 24-ü bütün dünyada BMT Günü kimi qeyd edilir.

Dəyirmi masa ətrafında şagirdlər öz fikirlərini səsləndiriblər. BMT Təhlükəsizlik Şurasına Azərbaycanın da daxil olduğunu, Azərbaycan Beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşmə prosesində BMT-nin vacib rol oynadığını söyləyiblər. Tədbirin sonunda BMT-nin yaranması ilə bağlı video sujetə baxılıb.


Açar sözlər: ,