30.10.2017

“Zəngilansız 24 il” adlı tədbir keçirilib

Oktyabrın 30-da şəhər 3 nömrəli tam orta məktəbdə Zəngilan rayonunun işğalının 24-cü ildönümünə həsr edilən “Zəngilansız 24 il” adlı tədbir keçirilib.

Tədbirdə məktəbin müəllimləri və 3-cü sinif şagirdləri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb. Daha sonra Zəngilan rayonunun işğalı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin Tarix müəllimi Suqra Novruzova şagirdlərə Zəngilan rayonu haqqında geniş məlumat verib. O bildirib ki, 1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında sonuncu rayonun - Zəngilanın işğalını başa çatdırıblar. Ermənilərin törətdiyi mütəmadi yanğınlar nəticəsində rayon ərazisinin böyük bir hissəsi külə dönüb, yaşıllıqlar, qoruqlar, qiymətli ağaclar ermənilər tərəfindən tamamilə qırılaraq məhv edilib. Hətta bu gün də ermənilər Azərbaycana qarşı düşmən siyasətini davam etdirirlər.

Daha sonra şagirdlərin ifasında şeirlər səsləndirilib, kompozisiyalar nümayiş olunub.

Tədbirin sonunda Zəngilan rayonu haqqında videoçarx izlənilib.


Açar sözlər: ,