01.11.2017

Texniki-humanitar liseyində “Metallar” mövzusunda “açıq dərs” keçirilib

Noyabrın 1-də Ağstafa şəhər texniki-humanitar liseyində kimya  fənnindən “Metallar” mövzusunda “açıq dərs” keçirilib. Metallar hansı fiziki və kimyəvi xassəyə malikdir?- təqdiqat sualı səsləndirilib.

Dərsdə Rayon Təhsil Şöbəsinin kimya-biologiya üzrə metodisti, rayonun digər məktəbinin müəllimləri və liseyin müəllimləri müşahidəçi qismində iştirak ediblər.

Kimya labaratoriyasında təşkil edilən “açıq dərs”də şagirdlər 4 qrupa bölünüblər. Elektron lövhədən istifadə etməklə dərs şagirdlərə tam mənimsədilib. Eyni zamanda metalların xassələrini daha yaxşı qavramaq üçün müəllimin köməyi ilə bəzi təcrübələr aparılıb.

Gülnar Qəhrəmanova tərəfindən təşkil edilən “açıq dərs”in sonunda  videoçarxlar təqdim edilib.

Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.


Açar sözlər: ,  ,