10.11.2017

Şəhər 2 nömrəli tam orta məktəbdə"Uşaq hüquqları aylığı" ilə əlaqədar tədbir keçirilib

20 oktyabr - 20 noyabr "Uşaq hüquqları aylığı" ilə əlaqədar noyabrın 10-da şəhər 2 nömrəli tam orta məktəbdə dəyirmi masa keçirilib.

Dəyirmi masada təhsil şöbəsinin məsul şəxsləri, məktəbin pedaqoji kollektivi və rus bölməsinin 7, 8 və 9-cu sinifləri iştirak ediblər.

Uşaq hüquqlarını təbliğ etmək, hüquq düşüncəsini, hüquq mədəniyyətini inkişaf etdirmək məqsədilə keçirilən tədbir himn sədaları altında başlayıb.

Tədbirdə şagirdlərə BMT-nin 20 noyabr 1989-cu il tarixində qəbul etdiyi mühüm beynəlxalq sənədlərdən olan Uşaq Hüquqları Konvensiyasının müddəaları izah edilib, bu Konvensiyanın şərti olaraq dörd kateqoriyası – yaşamaq, inkişaf, iştirak və müdafiə kateqoriyaları barədə məlumat verilib, interaktiv müzakirələr aparılıb.

Şagirdlər öz dəyirmi masa ətrafında fikirlərini sərbəst şəkildə ifadə ediblər.


Açar sözlər: ,  ,  ,