15.11.2017

“Biz sülh göyərçinləriyik” adlı tədbir keçirilib

Noyabrın 15-də Ağstafa Rayon Təhsil Şöbəsinin akt zalında Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” ilə əlaqədar “Biz sülh göyərçinləriyik” adlı tədbir keçirilib.

Tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin pedaqoji və şagird kollektivi iştirak edib.

Tədbirin keçirilməsində məqsəd uşaq hüquqlarını təbliğ etmək, uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasından ibarətdir.

Mərkəzin müəllimi Leyla Abdullayeva uşaqların hüquq və vəzifələrindən danışıb. Şagirdlərin dövlətin gələcəyi olduğunu və bütün uşaqların bərabərhüquqlu olduğunu qeyd edib.

Daha sonra şagirdlər öz fikirlərini bildiriblər, şeirlər söyləyiblər. Həmçinin şagirdlərin çəkdiyi rəsmlər və əl işləri nümayiş etdirilib.