16.11.2017

Psixoloqların növbəti seminarı keçirilib

Noyabrın 16-da Ağstafa Rayon Təhsil Şöbəsində psixoloqların növbəti seminarı keçirilib.

Seminarda təhsil şöbəsinin məsul şəxsləri və Ağstafa rayon ümumtəhsil məktəblərinin psixoloqları iştirak edib.

Seminarın keçirilməsinin əsas məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdən ibarətdir.

Seminarda psixoloqun fəaliyyət planı, psixoloqun qeydiyyat jurnalı, şagirdlərin fərdi kartlarının (xəritəsinin) hazırlanması məsələləri müzakirə edilib.

Psixoloqlara psixoloji işin düzgün qurulması, psixoloqların məktəb mühitini düzgün analiz etmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin qurulması və hesabatlılığın təmin olunması məqsədilə müəyyən tapşırıqlar verilib.


Açar sözlər: ,  ,  ,