20.11.2017

Növbəti təhsilyanı Şura iclası keçirilib

Noyabrın 20-də Ağstafa Rayon Təhsil Şöbəsinin növbəti təhsilyanı Şura iclası keçirilib. İclasda rayon ümmumtəhsil müəssələrinin direktorları və təhsil şöbəsinin məsul şəxsləri iştirak ediblər.

İclasda aşağıdakı məsələlər müzkirə edilib:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.10.2017 tarixli məktubunun icrası ilə əlaqədar Ağştafa şəhər 1 saylı tam orta məktəbdə aparılmış yoxlamanın nəticələri;

2. 2016-2017-ci tədris ilində buraxılış və qəbul imtahanlarında zəif nəticə göstərən məktəblərdə aparılan manitorinqin nəticələri;

3. 2017-2018-ci tədris ilində ümumtəhsil məktəblərində aparılan dərs bölgüsünün qaydalara uyğun olması;

Ağstafa RTŞ-nin müdiri Kamran Abbasov, metodkabinet müdiri İmran Nəsibov və aparıcı məsləhətçi Gülbəniz Mehdiyeva çıxış edərək qeyd olunan məsələləri müzakirə edbilər. İclasın sonunda məktəb direktorlarına bəzi göstərişlər verilib.