21.11.2017

Təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib

Noyabrın 21-də Ağstafa Rayon Təhsil Şöbəsində “Qabaqcıl təhsil işçisi” döş nişanına və Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmüş bir neçə təhsil işçisinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Mükafatlandırma mərasimində məktəb direktorları, bir qrup müəllimlər və təhsil şöbəsinin məsul şəxsləri iştirak ediblər.

Təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Kolxəlifəli kənd tam orta məktəbin direktoru Arifə İbrahimova “Qabaqcıl təhsil işçisi” döş nişanı, şəhər 2 nömrəli tam orta məktəbin müdir müavini Sədi Quliyev və məktəbin tarix müəllimi Afaq Rəhimova Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülən şəhər 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Aygün Babayeva mükafatlandırılıb.


Açar sözlər: ,  ,