28.11.2017

Birləpəlilər sinfi. Taxıllar və zanbaqlar fəsiləsi” mövzusunda “açıq dərs” keçirilib

Noyabrın 28-də Qaçaq Kərəm tam orta məktəbində “Birləpəlilər sinfi. Taxıllar və zanbaqlar fəsiləsi” mövzusunda “açıq dərs” keçirilib. Birləpəlilər sinfinin əsas xarakterik xüsusiyyətləri hansılardır, Birləpəlilər sinfinə və ikiləpəlilər sinfinə məxsus olan bitkilərin fərqli və oxşar cəhətləri hansılardır? – kimi təqdiqat sualı səsləndirilib.

Dərsdə Rayon Təhsil Şöbəsinin kimya-biologiya üzrə metodisti və məktəbin müəllimləri müşahidəçi qismində iştirak ediblər.

Dərsin keçirilməsində məqsəd Birləpəlilər sinfinə aid olan taxıllar və zanbaqlar fəsiləsini şagirdlərə mənimsətmək, bu fəsiləyə aid olan bitkiləri bir-birindən fərqləndirməkdir.

“Açıq dərs”də şagirdlər 4 qrupa bölünüblər. Müasir təlim üsulları əsasında hazırlanan dərsdə şagirdlərə əyani vəsaitlər göstərilib.

Sevinc Osmanova tərəfindən təşkil edilən “açıq dərs”in sonunda  videoçarxlar təqdim edilib.

Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.


Açar sözlər: ,  ,