29.11.2017

Aynur Əhmədova rayon daxilində müəllimlərin iş yerlərinin dəyişdirilməsi müsabiqəsində iştirak edib

Aynur Əhmədova 2011-ci ildə müəllimlərin işəqəbulu müsabiqəsində iştirak edib və rayon mərkəzindən 34 km uzaqda Soyuqbulaq qəsəbə tam orta məktəbinə qəbul olub. İnformatika fənnini tədris edən müəllim beş il həmin qəsəbədə çalışıb. 

“İşlədiyim qəsəbənin insanları, şagirdləri və pedaqoji kollektivi mənə qarşı çox mehriban idi. Amma məktəb mənim yaşayış yerimə çox uzaq idi. İş yoldaşlarım və şagirdlərdən ayrılmaq çətin olsa da mən bunu etdim və Təhsil Naizrliyinin mərkəzləşdirilmiş qaydada keçirdiyi eyni rayon daxilində müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak etdim. İş yerimi yaşayış yerimə daha yaxın olan şəhər 3 nömrəli tam orta məktəbə dəyişdim. Tam ədalətli və şəffaf keçirilən müsabiqədən keçdiyimi biləndə çox sevindim. Mən gənc müəllim olaraq yaradılan şəraitə görə Təhsil Naizrliyinə dərin təşəkkürümü bildirirəm”.


Açar sözlər: ,  ,  ,