04.12.2017

“Uşaqlar və yol təhlükəsizliyi” mövzusunda tədbir keçirilib

Dekabrın 4-də Qaçaq Kərəm tam orta məktəbində “Uşaqlar və yol təhlükəsizliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Tədbirin keçirilməsində başlıca məqsəd şagirdlərə yol təhlükəsizliyi qaydalarını öyrətmək, yol qəzalarında uşaqların xəsarət almasının qarşısını almaqdır.

“Uşaqlar və yol təhlükəsizliyi” mövzusunda keçirilən tədbirdə məktəblilərə yol hərəkəti qaydaları haqqında  ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib. Yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətinin vacibliyi vurğulanıb.

Tədbirdə şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər səsləndirib, mahnılar ifa ediblər. Eyni zamnada səhnəciklər nümayiş etdiriblər.

Sonda şagirdlərə yol hərəkəti qaydalarına aid video çarx göstərilib.


Açar sözlər: ,  ,  ,