05.12.2017

“Sink” mövzusunda “açıq dərs” keçirilib

Dekabrın 5-də Eynallı kənd tam orta məktəbində kimya  fənnindən “Sink” mövzusunda “açıq dərs” keçirilib. Sinkin məişətdə və texnikada istifadə olunmasına əsas verən xassələri haqqında nə deyə bilərsiniz?-  təqdiqat sualı səsləndirilib.

Dərsdə Rayon Təhsil Şöbəsinin kimya-biologiya üzrə metodisti, rayonun digər məktəbinin müəllimləri və məktəbin müəllimləri müşahidəçi qismində iştirak ediblər.

Kimya labaratoriyasında təşkil edilən “açıq dərs”də şagirdlər “Qızıl”, “Gümüş” və “Platin” adlı 3 qrupa bölünüblər. Şagirdlərin Sinkin xassələrini daha yaxşı qavraması üçün müəllimin köməyi ilə bəzi təcrübələr aparıblar.

Vəfa Mahmudova tərəfindən təşkil edilən “açıq dərs”in sonunda videoçarxlar təqdim edilib. 

Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.


Açar sözlər: ,  ,  ,