06.12.2017

Növbəti altı məktəbdə monitorinq keçirilib

Dekabrın 6-da şəhər 1 nömrəli, Köhnəqışlaq, Pirili kənd tam orta məktəblərində, Saloğlu qəsəbə tam orta məktəbində, Ağgöl və Kolayır kənd ibtidai məktəblərinin ibtidai təhsil səviyyəsinin buraxılış siniflərində Ağstafa Rayon Təhsil Şöbəsi tərəfindən monitorinq keçirilib.

Monitorinqin keçirilməsində məqsəd ibtidai sinif şagirdlərinin oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının və riyazi hesablama qabiliyyətinin inkişaf etdirilməsindən ibarətdir.

Şagirdlər 45 dəqiqə ərzində  açıq və qapalı formada 10 ana dili, 10 riyaziyyat sualını cavablandırıblar.

Şagirdlərin nəticələri yoxlanılaraq növbəti günlərdə məktəblərə elan ediləcək.

Qeyd edək ki, monitorinq Ağstafa Rayon Təhsil Şöbəsinin 20 sentyabr 2017-ci il tarixli 120 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət planına uyğun olaraq keçirilib.


Açar sözlər: ,  ,  ,