07.12.2017

“Erkən nikah və insan alverinə qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib

Dekabrın 7-də Qırılı kənd tam orta məktəbində “Erkən nikah və insan alverinə qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, erkən nikahın fəsadları haqqında təsəvvürlər formalaşdırmaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaqdan ibarətdir.

Məktəbin direktoru və məktəbin müəllimləri erkən nikah və onun fəsadları haqqında şagirdlərə məlumat verib.

Sonda erkən nikah və insan alverinə qarşı mübarizə və onların fəsadlarından bəhs edən maarifləndirici film nümayiş olunub.


Açar sözlər: ,  ,