08.12.2017

Rus dili fənnini tədris edən müəllimlərinin seminarı keçirilib

Dekabrın 8-də Ağstafa Rayon Təhsil Şöbəsində 7 və 8-ci siniflərdə Rus dili fənnini tədris edən müəllimlərinin seminarı keçirilib. Seminarda  təhsil şöbəsinin məsul şəxləri və rayonun bütün məktəblərindən müəllimlər iştirak edib.

Seminarın keçirilməsində əsas məqsəd Rus dili dərslərinin tədrisinin təkminləşdirilməsi və X Beynəlxalq olimpiadaya şagirdləri daha yaxşı hazırlamaqdır.

Seminarda iş müzakirə şəklində davam etdirilib. Müəllimlərə X Beynəlxalq olimpiadanın məqsəd və mahiyyəti haqqında geniş məlumat verilib. Eyni zamanda müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,