15.12.2017

“Birömürlük imperiya” mövzusunda “açıq dərs” keçirilib

Dekabrın 15-də Ağstafa şəhər texniki-humanitar təmayüllü liseydə tarix fənnindən “Birömürlük imperiya” mövzusunda “açıq dərs” keçirilib. Nadir şah öz dövlətini necə qurdu? -təqdiqat sualı səsləndirilib.

Dərsdə Rayon Təhsil Şöbəsinin məsul şəxsləri, rayonun digər məktəbinin müəllimləri və liseyin müəllimləri müşahidəçi qismində iştirak ediblər.

Tarix fənnindən təşkil edilən “açıq dərs”də şagirdlər “Əşsarlar”, “Nadir Şah”, “Zənburək” və “Suqovuşan” adlı 4 qrupa bölünüblər.

Elektron lövhədən istifadə etməklə dərs şagirdlərə tam mənimsədilib. Qruplar onlara verilən tapşırıqlara uyğun təqdimat edərək, sualları cavablandırıblar. Eyni zamanda müəllim Xatun Məhərrəmova “Venn diaqramı”ndan istifadə edərək şagirlərə verilən mövzuya uyğun olaraq müzakirə aparmağı öyrədib.

Dərsin sonunda dərsə uyğun krosvord həll olunub və şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.


Açar sözlər: ,  ,  ,