20.12.2017

Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir

Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Vaqifin 300 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsində əsas məqsəd Vaqif irsini daha dərindən araşdırıb öyrənmək,  onun yaradıcılığındakı humanist dəyərləri, bənzərsiz poeziya nümunələrini meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermək, Azərbaycan şeirinin Vaqifin sayəsində tarixin növbəti mərhələsinə qədəm qoymasını bir daha diqqətə çatdırmaqdır.

Tədbirlərdə “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamı, M.P.Vaqifin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatındakı rolu, sənətkarlıq xüsusiyyətləri barədə geniş məlumat verilir.

Tədbirlərdə, şagirdlər tərəfindən hazırlanmış müxtəlif kompozisiyalar, səhnəciklər, musiqi nömrələri nümayiş olunub, Vaqifə məxsus şeirlər ifa edilib.