21.12.2017

Şövkət Məmmədovanın 120 illiyinə həsr olunan “xatirə gecəsi” keçirilib

Dekabrın 21-də şəhər 2 nömrəli tam orta məktəbə Xalq Artisti, professor Şövkət Məmmədovanın 120 illiyinə həsr olunan “xatirə gecəsi” keçirilib.

Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Tədbirdə görkəmli incəsənət xadiminin həyat və yaradıcılığından danışılıb, milli mədəniyyətimizin inkişafındakı və Azərbaycan opera sənəti tarixindəki xidmətlərindən, habelə ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə səmərəli fəaliyyəti haqqında şagirdlərə geniş məlumat verilib. Şövkət Məmmədovanın ilk qadın opera müğənnisi olduğu qeyd edilib.

Şagirdlər ifaçının yaradıcılığından olan musiqi nömrələri səsləndiriblər. İfaçının həyat və yaradıcılığını əks etdirən videoçarx izlənilib.

Qeyd edək ki, bu tədbirlər rayonun bütün təhsil müəssisələrində Prezident İlham Əliyevin “Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında” Sərəncamına əsasən təşkil edilir.


Açar sözlər: ,  ,