22.12.2017

“Quşlar” mövzusunda “açıq dərs” keçirilib

Dekabrın 22-də Ağstafa şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Aygün Mustafayeva tərəfindən Azərbaycan dili fənnindən “Quşlar” mövzusunda açıq dərs” keçirilib.

Dərsdə Rayon Təhsil Şöbəsinin ibtidai siniflər üzrə metodisti, rayonun digər məktəbinin müəllimləri və məktəbin pedaqoji kollektivi müşahidəçi qismində iştirak ediblər.

“Açıq dərs”də şagirdlər 4 qrupa bölünüblər. Şagirdlərə Quşlar haqqında nə bilirsiniz?- təqdiqat sualı səsləndirilib. Müəllim dərsdə şagirdlərin aktivliyini artırmaq üçün “beyin həmləsi” və “söz assosiyası” iş üsulundan istifadə edib. Şagirdlərin yorğunluğunu aradan qaldırmaq üçün quşlar haqqında videoçarxlar göstərilib.

Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.


Açar sözlər: ,  ,  ,