25.12.2017

“Güllər açılsın, güllələr açılmasın” adlı təbdir keçirilib

Dekabrın 25-də Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbdə sülh və humanizmi təbliğ edən “Güllər açılsın, güllələr açılmasın” adlı təbdir keçirilib. Məktəbin yeddinci siniflərindən ibarət olan tədbirdə məktəbin müəllimləri də iştirak edib.

Tədbirdə sülhün vacibliyindən danışılıb. Eyni zamanda İslam dininin sülh və dostluq dini olduğunu vurğulanıb, islami dəyərlərin əsas qayəsinin dözümlülük, həmrəylik və qarşılıqlı hörmət təşkil etdiyini qeyd edilib.

Sülh və humanizmi təbliğ edən tədbir şagirdlərin hazırladıqları bədii kompozisiya ilə davam edib. Onlar sülh, vətən və azadlıq mövzularında şeirlər səsləndirib, mahnılar oxuyublar.


Açar sözlər: ,  ,  ,