25.12.2017

Şəhər 1 nömrəli tam orta məktəbdə 3-cü sinif şagirdləri arasında “Ümumi təhsildə keyfiyyət ili” əlaqədar “Bilik yarışı” keçirilib

Dekabrın 25-də şəhər 1 nömrəli tam orta məktəbdə 3-cü sinif şagirdləri arasında “Ümumi təhsildə keyfiyyət iliəlaqədar “Bilik yarışı” keçirilib.

“Bilik yarışı”nın keçirilməsində məqsəd ibtidai sinif şagirdlərinin oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının və riyazi hesablama qabiliyyətinin inkişaf etdirilməsindən ibarətdir.

“Bilik yarışı”nda 5 fənndən ibarət suallar səsləndirilib.  Şagirdlərə Ana dilindən 11, riyaziyyatdan 10, həyat bilgisindən 6, musiqidən 3, təsviri incəsənətdən isə 3 sual verilib. Suallar həm açıq, həm də qapalı formada şagirdlərə təqdim edilib. “Bilik yarışı”nda 5komandada 30 şagird iştirak edib. Ən çox düzgün cavabı olan Səma komandası I yerə, Günəş komandası II yerə, Zəka komandası isə III yerəlayiq görülüb. Komandalar məktəb rəhbərliyi tərəfindən mükafatlandırılıb.


Açar sözlər: ,  ,