27.12.2017

Səhiyyə maarifi işinin aparılması işində iştirak edən müəllimlər mükafatlandırılıb

Dekabrın 27-də Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi (CQBKG) çərçivəsində məktəblərdə təhlükəsizlik layihəsi çərçivəsində məktəblərdə səhiyyə maarifi işinin aparılması işində iştirak edən müəllimlər mükafatlandırılıb.

Layihə Ağstafa Rayon Təhsil Şöbəsinin və BP şirkətinin qarşılıqlı əməkdaşlığı nəticəsində həyata keçirilib. Layihəyə 5 məktəb- Böyük Kəsik, Köçvəlli, Qıraq Kəsəmən, Poylu və Soyuqbulaq qəsəbə tam orta məktəblərinin bir neçə müəllimi cəlb edilib.

Layihənin keçirilməsində məqsəd Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi (CQBKG) çərçivəsində məktəblərdə təhlükəsizlik layihəsi çərçivəsində məktəblərdə səhiyyə maarifi işinin aparılması, sağlam həyat tərzini və şəxsi gigiyenanın təbliği, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırması, QİŞS haqqında maarifləndirilməsidir.

Qeyd edilən beş məktəbdə müəllimlər BP şirkətinin nümayəndələrinin iştirakı ilə IX və XI sinif şagirdlərinə təlim keçiblər. Təlimlərin keçirilməsində könüllü iştirak edən müəllimlər BP şirkəti tərəfindən sertfikat və hədiyyələrlə mükafatlandırılıb.


Açar sözlər: ,  ,