29.12.2017

Təhsil müəssisələrində  “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” qeyd edilib

Ağstafa şəhər ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibətilə  bayram tədbirləri  keçirilib.

Bayram tədbirlərində məktəb rəhbərliyi, müəllimlər, şagirdlər  və valideynlər iştirak edib.

Çıxış edənlər bu bayramın dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynadığını vurğulamışlar.Təhsil müəssisələrində Həmrəylik gününü  əks etdirən videoçarxlar izlənilib.

Təhsil müəssisələrində “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibətilə divar qəzetləri hazırlanılıb.

Tədbir şagirdlərin hazırladıqları rəngarəng səhnəciklərlə, vətənpərvərlik mövzusunda mahnılar, yeni ilə aid şeirlər, oyun və viktorinalarla davam edib.


Açar sözlər: ,  ,  ,  ,