12.01.2018

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon  mərhələsi keçirilib

Yanvarın 12-də “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon  mərhələsi keçirilib.

“Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdır.

Müsabiqədə hər məktəbdən 1 şagird olmaqla 34 şagird  iştirak edib. Müsabiqənin rayon  mərhələsinin qalibləri final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir. 


Açar sözlər: ,  ,