16.01.2018

Məktəblərdə təhsil şöbəsi tərəfindən monitorinq keçirilib

Yanvarın 16-da şəhər 2 nömrəli tam orta məktəbin ibtidai təhsil səviyyəsinin buraxılış siniflərində Ağstafa Rayon Təhsil Şöbəsi tərəfindən monitorinq keçirilib.

Monitorinqin keçirilməsində məqsəd ibtidai sinif şagirdlərinin oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının və riyazi hesablama qabiliyyətinin inkişaf etdirilməsindən ibarətdir.

Şagirdlər 45 dəqiqə ərzində  açıq və qapalı formada 10 ana dili, 10 riyaziyyat sualını cavablandırıblar.

Şagirdlərin nəticələri yoxlanılaraq növbəti günlərdə məktəblərə elan ediləcək.

Qeyd edək ki, monitorinqlərin rayonun digər ümumtəhsil müəssisələrində də aparılması nəzərdə tutulub.


Açar sözlər: ,  ,  ,