17.01.2018

“20 Yanvar faciəsi şagirdlərin gözü ilə” adlı sərgi təşkil edilib

Yanvarin 17-də Ağstafa Rayon Təhsil Şöbəsinin həyətində Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işləri və rəsm nümunələrindən ibarət “20 Yanvar faciəsi şagirdlərin gözü ilə” adlı sərgi təşkil edilib.

Sərginin keçirilməsində məqsəd qan yaddaşımıza yazılan bu faciəni bir daha xatırlamaq, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək və vətən uğrunda şəhid olan oğul - qızlarımızı heç zaman unutmamaqdır.

Sərgidə 40-dan çox rəsm və əl işi nümayiş etdirilib. Rəsmləri çəkən şagirdlər  20 Yanvar faciəsini gözləri ilə görməsələr də öz müəllimlərindən, dərnək rəhbərlərindən bu faciə ilə bağlı aldıqları məlumatları, təəssüratları uşaq təxəyyülü ilə ağ kağızlara, parçalara köçürüblər. Eyni zamanda şagirdlər musiqilər ifa edib, şeirlər səsləndiriblər.


Açar sözlər: ,  ,