31.01.2018

Karate-do idman növü üzrə açıq rayon birinciliyi keçirilib

Yanvarın 30-da Ağstafa Rayon Təhsil Şöbəsinin dəstəyi, Ağstafa rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər 2 saylı orta məktəbin idman zalında 2- fevral “Gənclər Gününə həsr olunmuş “Karate-Do” idman növü üzrə uşaq və yeniyetmələr arasnda açıq rayon birinciliyi keçirilib.

Yarışın keçirilməsinin əsas məqsədi yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsindən, eyni zamanda karate-do idman növünə olan marağın artırılmasından ibarətdir.

Rayon birinciliyinə ümumilikdə 60 nəfərdən çox idmançı qatılıb.

Yarışın yekun nəticələrinə əsasən qalib gələn məktəblilər müvafiq diplom və medallarla təltif olunublar.


Açar sözlər: ,  ,