31.01.2018

Qış tətilində məktəblilər üçün ekskursiyalar təşkil edilib

Yanvarın 31-də şəhər 3 nömrəli tam orta məktəbin VI sinif şagirdləri Qazax rayon Tarix-Diyarşünaslıq muzeyinə, Qazax Dövlət Rəsm Qalereyasına və Fəxri qazaxlılar parkına ekskursiya ediblər.

Ekskursiyaların təşkil olunmasında məqsəd məktəbliləri qədim dövrlə tanış etmək, diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək, Azərbaycanın qədim və müasir tarixini, eyni zamanda incəsənətini daha yaxşı mənimsətməkdən ibarətdir.

Məktəblilər ekskursiya zamanı muzeydə Qazax rayonunun ən qədim dövrlərindən başlamış son zamanlara qədər olan tarixi, arxeoloji tapıntı nümunələri, maddi-mədəniyyət abidələri, məişət əşyaları, təsərrüfat alətləri ilə tanış olublar. 

Sonra şagirdlər Qazax Dövlət Rəsm Qalereyasına yollanıblar. Qalereyadakı sərgi ilə tanış olublar.

Daha sonra şagirdlər Fəxri qazaxlılar parkı ilə tanış olublar.

Qeyd edək ki, məktəblilər üçün bu cür ekskursiyalar mütəmadi olaraq təşkil edilir.