05.02.2018

Respublika fənn olimpiadasının rayon turu keçirilib

Fevralın 4-də Ağstafa rayonu 2 nömrəli tam orta məktəblərində Respublika fənn olimpiadasının birinci- rayon mərhələsi keçirilib. 

Olimpiadada 402 nəfər şagird iştirak edib. 

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.

Respublika fənn olimpiadası riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib. 

Rayon mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq.

Sonda cavab kartları xüsusi nəzarət altında komplektləşdirilərək yoxlanış üçün Təhsil Nazirliyinə göndərilib.