06.02.2018

Ağstafa məktəblisi Avropa çempionatında gümüş medal qazanıb

Rusiyanın Soçi şəhərində keçirilən Yeniyetmə və Gənclərin Avropa çempionatında Ağstafa məktəblisi Mədinə Sadıqova iştirak edib. Mədinə finalda rusiyalı idmançı ilə mübarizə aparıb. Karate idman növünü təmsil edən məktəbli II yeri tutaraq gümüş medalla təltif olunub.

Qeyd edək ki, Mədinə Sadıqova Ş.Abadov adına Ağstafa rayon Aşağı Kəsəmən kənd orta məktəbinin 10-cu sinif şagirdidir.


Açar sözlər: ,  ,