08.02.2018

Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “Dəyirmi masa” keçirilib

Fevralın 8-də şəhər 3 nömrəli tam orta məktəbdə Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “Dəyirmi masa” keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək və vətən uğrunda şəhid olanları tanıtmaqdır.

“Dəyirmi masa”da təhsil şöbəsinin müdiri, məktəbin pedaqoji və şagird kollektivi iştirak edib.

Masa ətrafında toplaşanlar Mübariz İbrahimovun şərəfli ömür yolundan danışıblar. Qeyd edilib ki, o, əsl cəngavər kimi 5 saat ermənilərlə təkbaşına döyüşüb və qəhrəmanlıqla həlak olub. Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaldıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Daha sonra məktəbin IX sinif şagirdlərinin hazırladığı videoslayda baxılıb.


Açar sözlər: ,  ,  ,