09.02.2018

Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərə sertifikatlar verilib

Fevralın 9-da Ağstafa Rayon Təhsil Şöbəsində məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlərin seminarı keçirilib. Seminarda təhsil şöbəsinin müdiri, şöbənin məsul şəxsləri, məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan 33 müəllim iştirak edib.

Müəllimlərin problemləri və təlim prosesi ilə bağlı fikirləri dinlənilib.

Eyni zamanda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilən imtahanda iştirak edən müəllimlərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Ağstafa rayonunda 30 məktəbdə məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məşğələlər həftədə 4 gün (12 saat) keçirilir. Bu qruplara  bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib.

Məktəbəhazırlıq qruplarında oktyabr ayının 3-də başlanan məşğələlər mayın ayının 31-də başa çatacaq.