13.02.2018

Qarabağ xanlığı mövzusunda “açıq dərs” keçirilib

Fevralın 13-də Poylu kənd tam orta məktəbdə tarix fənnindən “Qarabağ xanlığı” mövzusunda “açıq dərs” keçirilib. Qarabağ xanlığının birləşdirmə siyasəti nə ilə nəticələndi? -təqdiqat sualı səsləndirilib.

Dərsdə Rayon Təhsil Şöbəsinin məsul şəxsləri, rayonun digər məktəbinin müəllimləri və məktəbin müəllimləri müşahidəçi qismində iştirak ediblər.

Tarix fənnindən təşkil edilən “açıq dərs”də şagirdlər “Şuşa”, “Bayat” və “Qarabağ” adlı 3 qrupa bölünüblər. Qruplar onlara verilən tapşırıqlara uyğun təqdimat edərək, sualları cavablandırıblar. Eyni zamanda müəllim Leyla Omarlı “Venn diaqramı”ndan istifadə edərək şagirlərə verilən mövzuya uyğun olaraq müzakirə aparmağı öyrədib.

Dərsin sonunda dərsə uyğun krosvord həll olunub və şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.


Açar sözlər: ,  ,