20.02.2018

21 Fevral- Beynəlxalq Ana Dili Günü münasibətilə silsilə tədbirlər keçirilir

Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 21 Fevral- Beynəlxalq Ana Dili Günü münasibətilə silsilə tədbirlər keçirilir.

Ağstafa məktəblərində “Ana dilim varlığımdır”, “Ana dilimizi sevək, sevdirək”, “Mənim dilim”, “Dilimiz qeyrətimiz” və digər müvafiq mövzularda tədbirlər, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar , “Açıq dərs”lər təşkil edilib.

Tədbirlərdə Ağstafa Rayon Təhsil Şöbəsin məsul şəxsləri, müxtəlif  idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.

Tədbirlər Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirlərdə ana dilimizin qorunub saxlanılmasında, inkişaf etdirilərək bugünkü səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri barədə söhbət açılıb, o cümlədən milli sərvətimiz olan ana dilimizin qorunması istiqamətində hamılıqla çalışmağın vacibliyi vurğulanıb.

Tədbirlərdə, şagirdlər tərəfindən hazırlanmış müxtəlif kompozisiyalar, səhnəciklər, musiqi və rəqs nömrələri nümayiş olunub, şeirlər ifa edilib.


Açar sözlər: ,  ,  ,