21.02.2018

“Ana dili aylığı” ilə əlaqədar Sədaqətli dost mövzusunda “açıq dərs” keçirilib

Fevralın 21-də Yuxarı Göycəli tam orta məktəbində “Ana dili aylığı” ilə əlaqədar Sədaqətli dost mövzusunda “açıq dərs” keçirilib. "Sizcə söz sırası nə deməkdir?"- təqdiqat sualı səsləndirilib.

Dərsdə rayonun digər məktəbinin müəllimləri və məktəbin müəllimləri müşahidəçi qismində iştirak ediblər.

Azərbaycan dili  fənnindən təşkil edilən “açıq dərs”də şagirdlər 5 qrupa bölünüblər. Qruplar onlara verilən tapşırıqlara uyğun təqdimat edərək, sualları cavablandırıblar. Fənn müəllimi C.İlahə şagirdlərin dərsi daha yaxşı mənimsəməsi üçün fərdi və qrup işləri təqdim edib. Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.

Qeyd edək ki,  Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Ana dili aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir.


Açar sözlər: ,  ,  ,