02.03.2018

“Açıq qapı” günü keçirilib

Martın 2-də şəhər 3 nömrəli məktəbdə “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə təhsil şöbəsinin məsul şəxsləri, məktəbin direktoru, müavinlər, məktəbin pedaqoji kollektivi, psixoloq, valideylər və şagirdlər iştirak edib.

“Açıq qapı” gününün keçirilməsində əsas məqsəd valideynləri tədris prosesinə cəlb etmək, onların məktəblərlə birgə işini təşkil etmək və ictimaiyyət arasında maarifləndirmə işini gücləndirmək olub.

Görüş zamanı valideynlər iştirak etdikləri dərsləri müzakirə edərək irad və təkliflər bildirib, dərsin daha səmərəli keçməsi üçün yeni fikirlər irəli sürüblər.

Məktəbin direktoru Mübariz Tanrıverdiyev gələcəkdə belə görüşlərin tez-tez keçiriləcəyini vurğulayıb.


Açar sözlər: ,  ,