05.03.2018

5 Mart- Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib

Şəhər 1 nömrəli tam orta məktəbdə 5 Mart- Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib. Məktəbin idman zalında keçirilən tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Məktəbin idman müəllimi çıxış edərək bədən tərbiyəsi və idman günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Müəllim qeyd edib ki, Azərbaycanda idmanın inkişafı üçün çox gözəl şərait yaradılıb. Bu inkişaf həm gənclərimizi sağlam, möhkəm iradəli, həm də vətənpərvər kimi yetişdirmək məqsədini daşıyır.

Daha sonra məktəblilər “mini futbol” yarışı keçiriblər. Eyni zamanda komandalar müxtəlif idman növləri üzrə yarışıblar.

Sonda yarışlarda qalib olan şagirdlər mükafatlandırılıb.


Açar sözlər: ,