07.03.2018

Pedaqoji mühazirələrin dinlənilməsinə yekun vurulub

Martın 7-də Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin dinlənilməsi sona çatıb.

Təşkil olunan pedaqoji mühazirələrin əsas məqsədi ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

Ağstafa rayonu üzrə 230-dan çox pedaqoji mühazirə təqdim olunub. Bu mühazirələrin 14-ü qənaətbəxş hesab edilib.

Texniki-humanitar təmayüllü lisey, Qırılı, Göycəli, Köçəsgər, Qarahəsənli kənd tam orta məktəblərindən təqdim olunan mühazirələr daha çox fəqrlənib.

Qeyd edək ki, pedaqoji mühazirələrin ölkə mərhələsinin aprel-may aylarında keçirilməsi nəzərdə tutulur.


Açar sözlər: ,  ,