09.03.2018

“Uşaqlar və yol hərəkəti qaydaları” mövzusunda tədbir keçirilib

Matın 9-da Köçəsgər kənd 1 nömrəli tam orta məktəbində “Uşaqlar və yol hərəkəti qaydaları” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Tədbirin keçirilməsində başlıca məqsəd şagirdlərə yol təhlükəsizliyi qaydalarını öyrətmək, yol qəzalarında uşaqların xəsarət almasının qarşısını almaqdır.

“Uşaqlar və yol hərəkəti qaydaları” mövzusunda keçirilən tədbirdə məktəblilərə yol hərəkəti qaydaları haqqında  ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib. Yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətinin vacibliyi vurğulanıb.

Tədbirdə şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər səsləndirib, mahnılar ifa ediblər. Eyni zamnada səhnəciklər nümayiş etdiriblər.


Açar sözlər: ,  ,