16.03.2018

“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi” adlı dəyirmi masa keçirilib

Martın 16-da Ağstafa Rayon Təhsil Şöbəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi” adlı dəyirmi masa keçirilib.

Dəyirmi masada təhsil şöbəsinin məsul şəxsləri və ümumtəhsil məktəblərinin direktorları iştirak edib.

Tədbiri giriş sözü ilə açan metodkabinet müdiri İmran Nəsibov 2018-ci ilin Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu deyib. Bu əlamətdar hadisənin bütün məktəblərdə qeyd eidlkəcəyini söyləyib. Həmçinin tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verib.

Daha sonra məktəb direktorları çıxış edərək Azərbaycan Xalq  Cümhuriyyəti dövrünün tariximizin  ən  şərəfli səhifələrindən biri olduğu bildiriliblər, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bu gün inamla irəlilədiyi, regionda və dünyada lider dövlətə çevrildiyi nəzərə çatdırılıblar.

Qeyd edək ki, tədbir 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən keçirilir.