29.03.2018

“Bir kərə yüksələn bayraq bir daha enməz” adlı dəyirmi masa keçirilib

Martın 29-da Poylu kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı dəyirmi masa keçirilib.

Dəyirmi masada təhsil şöbəsinin məsul şəxsləri, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin müəllimi Sevinc Həsəvova Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublikanın olduğunu qeyd edib. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edilməsini, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurulmasını, Azərbaycanın ilk universiteti təsis olunmasının birbaşa həmin dövrdə olduğunu söyləyib.

Daha sonra məktəbin müəllimləri və şagirdləri öz fikirlərini söyləyiblər.


Açar sözlər: ,  ,  ,