04.04.2018

“Bir kərə yüksələn bayraq” mövzusunda “açıq dərs” keçirilib

Aprelin 4-də Həsənsu kənd tam orta məktəbində tarix fənnindən “Bir kərə yüksələn bayraq” mövzusunda “açıq dərs” keçirilib. Milli Müstəqillik niyə xalqımız üçün ən mühüm dəyər hesab edilir?- təqdiqat sualı səsləndirilib.

Dərsdə Rayon Təhsil Şöbəsinin məsul şəxsləri, rayonun digər məktəbinin müəllimləri və məktəbin müəllimləri müşahidəçi qismində iştirak ediblər.

Tarix fənnindən təşkil edilən “açıq dərs”də şagirdlər “Azərbaycan”, “İstiqlal” və “Cümhuriyyət” adlı 3 qrupa bölünüblər. Qruplar onlara verilən tapşırıqlara uyğun təqdimat edərək, sualları cavablandırıblar. Eyni zamanda müəllim Əsmət Əliyeva müasir təlim üsullarından istifadə edərək şagirlərə verilən mövzuya uyğun olaraq müzakirə aparmağı öyrədib.

Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.


Açar sözlər: ,  ,